ETSN dünən Şəkinin mərkəzində tutulan ayı haqqında məlumat yayıb

ETSN dünən Şəkinin mərkəzində tutulan ayı haqqında məlumat yayıb
# 01 iyun 2020 18:27 (UTC +04:00)

Qonur ayı Altıağac Miilli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb.

APA xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, hazırda ayı volyerdə müşahidə altındadır. Bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Nazirliyin sözçüsü Qonur ayıya tibbi və digər texniki yardım göstərdiklərinə görə Bakı Zooparkının direktoru Azər Hüseynova, baytar həkim Canpolad Əmirova və zooparkın əməkdaşı Vüqar Həsənova minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, Qonur ayı dünən Şəki şəhərinin mərkəzinə gəlib. Ayı daha sonra tutularaq Altıağac Miilli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR