ETSN işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərə dair Strateji Fəaliyyət və Tədbirlər planları hazırlayır

ETSN işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərə dair Strateji Fəaliyyət və Tədbirlər planları hazırlayır
# 29 dekabr 2020 10:57 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2020-ci ilin yekununa və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, kollegiya iclasında Nazirliyin struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, həmçinin ETSN yanında İctimai Şuranın sədri iştirak edib.

İclasda ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, növbəti ildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin Strateji Fəaliyyət və Tədbirlər Planlarının hazırlanması, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşri, meşə ilə örtülü ərazilərin genişləndirilməsi proqramı müzakirə olunub və ilin yekununa dair hesabatlar dinlənilib.

Sonda nazirliyin tabeli qurumlarının rəhbərlərinə qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR