ETSN-nin yenidən qurulmuş Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinə baxış keçirilib

ETSN-nin yenidən qurulmuş Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinə baxış keçirilib
  • Clock-gray 13:16
  • calendar-gray 10 Dekabr 2019

Dekabrın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin yenidən qurulmuş Laboratoriya Mərkəzinə baxış keçirilib.

APA xəbər verir ki,  tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Avstriyanın Azərbaycandakı səfiri Aleksandr Bayer, Fransanın Azərbaycandakı səfiri Zaxarie Qross iştirak ediblər.

Tədbirdə çıxış edən Kestutis Jankauskas bildirib ki, bu gün beynəlxalq insan haqları günü qeyd edilir:

"Yaxşı suya çıxış əldə edilməsi insan hüquqlarının təminatıdır. Sizinlə birlikdə bu günü keçirməkdən məmnunam. Təbii ki, su ilə məhdudlaşmırıq, havanın da monitorinqini aparırıq. Bu, regional layihədir,  Aİ layihəyə kifayət qədər vəsait ayırıb. Bu, yalnız Azərbaycanda deyil, regional səviyyədə su ehtiyatlarının idarə edilməsinə yönəldilib".

Onun sözlərinə görə, Aİ regionda yerləşən ölkələrlə, xüsusən Azərbaycanla tərəfdaşlığa önəm verir:

"Bu layihə insanları keyfiyyətcə yeni mərhələyə aparır. Azərbaycan xalqının daha yaxşı keyfiyyətli suya çıxışını təmin edəcək".

O bildirib ki, qonşu ölkələrlə çirkləndiricilərlə mübarizə gücləndirilməlidir.

Avstriya səfiri Aleksandr Bayer də layihənin əhəmiyyətindən danışıb. O bildirib ki,  tədbir özlüyündə vacib addımları ehtiva edir. 

Fransa səfiri Zaxarie Qross qeyd edib ki, su ehtiyyatlarına dair Aİ-ni təmsil edən ölkələr üçün əhalinin gözləntiləri ödənməlidir:

"Düşünürəm ki, burada Aİ-Azərbaycan arasında kifayət qədər gözəl əməkdaşlıq olub. Bu laboratoriyanın qurulması ilə su keyfiyyəti, su ehtiyatlarının idarə edilməsi Avropa standartlarına uyğunlaşacaq". 

Layihənin Avropa İttifaqının Üzv dövlətləri Konsorsiumunun rəhbəri Aleksandr Zinke qeyd edib ki, su laboratoriyası müasir cihaz və avadanlıqlarla təmin olunub. Bununla bağlı kifayət qədər təlimlər keçirilib və bu təlimlər davam etdiriləcək: 

"Düşünürəm ki, bu sahənin kifayət qədər yardıma ehtiyacı var. Aİ "Şərq tərəfdaşlığı" nəticəsində bu layihələri həyata keçirməkdədir. Burada yüksək səviyyəli təcrübə bölüşəcəyik", -deyə o əlavə edib.

Sonra qonaqlar laboratoriya ilə tanış olublar.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date