Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib

Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib
  • Clock-gray 17:44
  • calendar-gray 19 Mart 2021

Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, İşçi Qrupun rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda  ölkədə ekoloji mühitin qorunması, uzun illər ərzində yaranmış ekoloji problemlərin həlli, resurslardan səmərəli istifadənin təmin olunması və ekoloji təmiz texnologiyaların tətbiqi kimi mühüm vəzifələrin qarşıya qoyulduğu vurğulanıb. İşçi Qrupun üzvlərinin təklifləri dinlənilib və qrupun fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Əsmər Qabil

Digər xəbərlər