Elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri başa çatıb

Elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri başa çatıb
# 07 fevral 2021 11:12 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri başa çatıb.

APA-ya ƏƏSMN-dən daxil olan məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən altsistemin tətbiq olunması istiqamətində işlərə başlanıb.

Altsistem reabilitasiya mərkəzlərində xidmət keyfiyyətinin yüksəldilməsinə, reabilitasiya xidmətləri sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, nəzarət və monitorinq sisteminin gücləndirilməsinə xidmət edəcək. E-sistem reabilitasiya mərkəzləri ilə tibbi-sosial ekspert komissiyaları arasında e-formada məlumat mübadiləsinə imkan verir. Həmin mərkəzlərə qəbul prosesinin altsistemə daxil edilmiş göndərişlər əsasında, şəffaf, obyektiv aparılmasına şərait yaradır.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı aparılmış reabilitasiya işləri və nəticələri barədə məlumatlar da həmin e-sistemdə toplanacaq. Bu da fərdi reabilitasiya proqramının tərtib olunması və icrası üçün vacib məlumat bazası rolunu oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR