“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
# 01 iyun 2020 15:52 (UTC +04:00)

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Elektron məhkəmə” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edəcək.

Ali Məhkəməyə tövsiyə edilib və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılıb ki, “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsünlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR