Elm müəssiələrində çalışan mütəxəssislərin sayı açıqlanıb

Elm müəssiələrində çalışan mütəxəssislərin sayı açıqlanıb
# 21 yanvar 2021 10:21 (UTC +04:00)

İlkin məlumatlara əsasən, 2021-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 132 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 20,8 mindən artıq mütəxəssis məşğul olur, onların da 72,8 faizi tədqiqatçılardır. Bu mütəxəssislərin 37,4 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 8 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR