Elm, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisinə xərclənən vəsait məlum olub

Elm, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisinə xərclənən vəsait məlum olub
# 10 fevral 2021 17:39 (UTC +04:00)

2020-ci ilin dövlət büdcəsindən investisiya xərclərinə 4751,7 mln. manat vəsait yönəldilib.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.

Qeyd edilib ki, bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 648,4 mln. manat, müdafiə və hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi, əsaslı təmiri və yenidən qurulması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 755,1 mln. manat vəsait istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR