Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutuna yeni direktor təyin olunub

Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutuna yeni direktor təyin olunub
  • Clock-gray 17:54
  • calendar-gray 30 İyul 2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor vəzifəsinə təyin edilib.

TƏBİB-dən APA-ya bildirilib ki, Adil Allahverdiyev 1974-cü ildə Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə bitirib. Türkiyədə tibb sahəsində fəaliyyət göstərib. Bu gün A. Allahverdiyev kollektivə təqdim edilib.

Əsmər Qabil

Digər xəbərlər