Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru: “Koronavorusla mübarizədə vaksinə ümid bağlamaq olmaz”

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru: “Koronavorusla mübarizədə vaksinə ümid bağlamaq olmaz”
# 02 dekabr 2020 14:28 (UTC +04:00)

“Bu gün koronavirusla bağlı kifayət qədər məlumat yoxdur”.

APA-nın məlumatına görə, bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

O bildirib ki, bu gün küçədə siqaret çəkən insanların vasitəsilə də virus dövr edə bilər: “Taksilərdə də vəziyyət yaxşı deyil. Taksiyə minən kimi pəncərələri açmaq lazımdır. Son elmi tədqiqatlara əsasən, məlum olub ki, 4% insanlar genetik olaraq, özlərindən virusa qarşı maddə ifraz edə bilmirlər. Xəstəliklərin 10%-də əmələ gələn antitellər virusun yaşamasına mane ola bilmir. Virus öz yaşamanı bioloji olaraq davam etdirir. Virusu qidalandırmağı təmin etməsək, zənciri qıra bilərik. Bu səbəbdən deyilənlərə əməl etməsək, virusun daha da çoxalmasına səbəb olacağıq. Bu gün vaksin məsələsi hökumətin gündəmindədir. Vaksinlərin hamısı incələnir. Amma buna ümid bağlamaq olmaz. Sadəcə, sosial məsafəni azaldaraq, maska taxaraq, gigiyena qaydalarına əməl edərək, hələ ki, virusun yayılmasının qarşısını ala bilərik. Virus çoxluğu sevir. Sosial məsafəni gözləməliyik”.

A. Allahverdiyev onu da əlavə edib ki, Vətən müharibəsində insanlarımız tərəfindən nümayiş etdirilən birlik koronavirusla mübarizədə də olmalıdır: “Maska taxmayan insan ətrafına ölümcül düşmənləri püskürtmüş olur. Bizi bizdən başqa heç kim qurtara bilməz. Koronavirusa qarşı mübarizədə müvəffəqiyyət qazanmaq üçün yumruq kimi bir olmalıyıq. İkinci möhtəşəm qələbəni belə qazana bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR