Elxan Əsədov: “Badamdar qəsəbəsi sürüşmə ərazisi Bakının ən təhlükəli sürüşmə zonalarından biridir”

Elxan Əsədov: “Badamdar qəsəbəsi sürüşmə ərazisi Bakının ən təhlükəli sürüşmə zonalarından biridir”
# 29 yanvar 2021 11:27 (UTC +04:00)

“Badamdar qəsəbəsi sürüşmə ərazisi Bakının ən təhlükəli sürüşmə ərazilərindən biridir”.

APA-nın məlumatına görə, bunu Səbail rayonu Badamdar şossesində baş verən sürüşmə zonasına gələn Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

Onun sözlərinə görə, uzun illərdir ki, sürüşmə baş verən ərazinin yuxarı hissəsində heç bir mühəndis hazırlıq işləri aparılmadan yaşayış evləri və iaşə obyektləri tikilib: “Həmin evlər və obyektlər 40-50 il və daha əvvəl əvvəl inşa edilib. Həmin evlərdə kanalizasiya işləri aparılmadığından kanalizasiya suları şanbo deyilən yeraltı qurğularda toplanıb. Baş verən sıxıntılar da sürüşməni sürətləndirir” deyən E. Əsədov bildirib ki, bunun nəticəsində də burada sürüşmə hadisələri artır.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən buraya Yaponiyadan mütəxəssislər dəvət olunub və dərhal işlər başlanılıb: “Ərazidə bir çox işlər aparılıb və bir çox istinad divarları tikilib. Bunun nəticəsi olaraq da ərazidəki bir çox evlərin dağılmasının qarşısı alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR