Elxan Əsədov: "Dünən Xəzərdə baş verən zəlzələ Badamdarda sürüşmənin aktivləşməsinə səbəb olub"

Elxan Əsədov: "Dünən Xəzərdə baş verən zəlzələ Badamdarda sürüşmənin aktivləşməsinə səbəb olub"
# 29 yanvar 2021 11:05 (UTC +04:00)

"Ötən gün Xəzər dənizində 4.5 bal gücündə baş verən zəlzələ Badamdar qəsəbəsində sürüşmənin aktivləşməsinə səbəb olub".

APA xəbər verir ki, bunu Səbail rayonu Badamdar şossesində baş verən sürüşmə zonasına gələn Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

Onun sözlərinə görə, qəza nəticəsində xəsarət alan olmasa da, 2 fərdi yaşayış evinə və Fövqəladə Hallar Nazirliyi tərəfindən vaxtilə fəaliyyəti dayandırılan iaşə obyektinə zərər dəyib.

Qeyd edək ki, yanvarın 28-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4.5, dərinliyi 60 km olub. Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR