Emin Əmrullayev: "Müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonu, may ayında görəcəyik"

Emin Əmrullayev: "Müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonu, may ayında görəcəyik"
# 03 aprel 2021 16:29 (UTC +04:00)

Hazırda 50 yaşdan yuxarı Bakıda 54, Sumqayıt 69, Abşeronda 60, digər bölgələrdə 50 faiz müəllim və texniki heyət vaksinasiya olunub.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

Onun sözlərinə görə, insana birinci vaksin vurulandan sonra dərhal immunitet yaranmır. 28 gün sonra ikinci vaksin vurulur və 14 gün sonra insanda immunitet formalaşmağa başlayır: “Birinci vaksindən 42 gün, yəni 6 həftə sonra immunitetin formalaşmasından danışa bilərik. Fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonunda, may ayında görəcəyik. Proses sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR