Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib

Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib
  • Clock-gray 21:07
  • calendar-gray 03 Dekabr 2020

Dekabrın 3-də Təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Nazirlikdən APA-ya bildirilib ki, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri və bunun üçün mövcud resurslardan istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib.

Həmçinin, ölkəmizin əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, müxtəlif pillələrdə davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.

 

Əsmər Qabil

Digər xəbərlər