Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən əsas amilləri açıqlayıb

Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən əsas amilləri açıqlayıb
  • Clock-gray 15:35
  • calendar-gray 18 Mart 2021

“15 mart tarixindən başlatdığımız və təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğu çərçivəsində 10 812 rəy qəbul edilib”. 

APA-nın məlumatınma görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşıb. 

Sorğunun nəticəsinə əsasən, təhsilin keyfiyyətinə təsir edən amillər sırasında müəllimlərin peşəkarlıq səviyyəsi 33,3 faiz, məktəbin maddi-texniki təchizatı (bina, istilik, İKT təminatı və fənn laboratoriyaları) 17,3 faiz, valideyn amili (ailə mühiti, dəstək, təhsilə münasibət, məsuliyyət) 15,2 faiz, məktəb rəhbərlərinin fəaliyyəti 10 faiz, məktəbdə psixloji mühit 8,2 faiz, dərsliklər 5,5 faiz təşkil edib. Bütün amilləri qeyd edənlər isə 7,2 faiz olub. 

 

Günay Elşadqızı

Digər xəbərlər