Erməni terrorundan əziyyət çəkmiş 500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib

Erməni terrorundan əziyyət çəkmiş 500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib
# 29 yanvar 2021 11:14 (UTC +04:00)

“Gəncə, Bərdə və Tərtərdə erməni terrorundan əziyyət çəkmiş 500-ə yaxın şəxsi özünüməşğulluq proqramına cəlb etmişik”.

APA-nın məlumatına görə, bunu bu gün Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid - 2021-ci il üçün hədəflər” mövzusunda keçirilən konfransda bildirib.

M. Abbasbəyli deyib ki, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərimiz aktiv məşğulluq proqramları çərçivəsində də sosial dəstəklə təmin olunub: “Həmin kateqoriyalardan olan 2000 şəxs məşğulluq proqramlarına cəlb edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR