Esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub

Esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub
# 23 oktyabr 2020 16:42 (UTC +04:00)

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.

“ASAN xidmət”dən APA-ya verilən məlumata görə, yeni sayt vasitəsi ilə vətəndaşların “ASAN ximət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona öz mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.

İstifadəçilər müvafiq sayt vasitəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər.

www.esgeremektub.az saytında “ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata keçirdiyi və planlaşdırılan layihələr də əks olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR