Koronavirusa görə evdə müşahidə altında olan şəxslərin sayı açıqlanıb

Koronavirusa görə evdə müşahidə altında olan şəxslərin sayı açıqlanıb
# 10 iyul 2020 17:58 (UTC +04:00)

"Bakıda əhalinin sıx olması və yoluxanların sayının çox olması ilə əlaqədar təcili yardımın işini yüngülləşdirmək üçün koronaviruslu xəstələrin poliklinikalar vasitəsi ilə ev şəraitində müalicəsinə başlanıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri deyib ki, hazırda Bakıda ev şəraitində müşahidə altında olan 10 202 nəfər var: “Onların içərisində simptomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələlik ehtiyac yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR