Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb

 Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
# 31 mart 2020 13:05 (UTC +04:00)

Martın 24-30-da Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub.

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən APA-ya verilən məlumata görə, onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciət təşkil edib.

Müraciətlər əsasında 2208 nəfərin tənha, yaşı 65-dən yuxarı şəxs olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanılıb.

Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb.

Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR