“Ezamiyyə xərclərinin normaları haqqında” qərara dəyişiklik edilib

“Ezamiyyə xərclərinin normaları haqqında” qərara dəyişiklik edilib
# 29 yanvar 2021 11:04 (UTC +04:00)

Baş nazir Əli Əsədov “Ezamiyyə xərclərinin normaları haqqında” qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.

APA-nın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər.

Müəyyən edilib ki, bu Qərarın tətbiqi ilə bağlı ezamiyyə xərclərinin ödənilməsi üçün tələb olunan vəsaitlər dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 ay müddətində “İşçilərin ezamiyyə qaydaları”nda müvafiq dəyişikliklər edilməsini təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR