FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib

FHN Akademiyasında psixoloji problemlərə dair seminar keçirilib
  • Clock-gray 18:44
  • calendar-gray 08 Aprel 2021

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər” mövzusunda seminar keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, seminarda Akademiya rəisinin müavini polkovnik İlham Babaşov, fakültə və bölmə rəisləri və türkiyəli psixoloq Səlcuq Dəmirbaş iştirak edib.

Akademiyanın rəis müavini polkovnik İlham Babaşov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm qətiyyəti, sarsılmaz iradəsi və Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində  işğal altında olan torpaqlarımız azad olunub. Bu müharibədə qardaş Türkiyə Azərbaycana ən yüksək səviyyədə mənəvi-siyasi dəstək verib. Rəis müavini gənc nəslin, o cümlədən kursantların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinin vacibliyini qeyd edib.

Psixoloq Səlcuq Dəmirbaş sözügedən mövzuda çıxış edib və seminar iştirakçılarının suallarını cavablandırıb. Daha sonra mövzuya dair müzakirələr aparılıb.

Sail Ağasəlim

Digər xəbərlər