FHN Tərtərdə yanğın təhlükəsizliyinin təmin olunmasına nəzarət həyata keçirir - FOTO

FHN Tərtərdə yanğın təhlükəsizliyinin təmin olunmasına nəzarət həyata keçirir - FOTO
# 16 aprel 2021 14:51 (UTC +04:00)

Tərtər şəhərində normal həyatın təmin edilməsi, həyat əhəmiyyətli infrastrukturun bərpası məqsədilə hazırda müvafiq qurumlar tərəfindən təmir-tikinti və bərpa-yenidənqurma işləri aparılır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən bu işlərin həyata keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına nəzarət həyata keçirilir, o cümlədən bərpa olunan obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına uyğunluğun qiymətləndirilməsi, düşmən təxribatı nəticəsində sıradan çıxmış yanğın su hovuzlarının yararlı vəziyyətə gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür, işçi heyətlə maarifləndirici söhbətlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR