FHN-də ABŞ-ın “Samaritan`s Purse” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

FHN-də ABŞ-ın “Samaritan`s Purse” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib
# 02 dekabr 2020 14:32 (UTC +04:00)

Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) xristian-yevangelist beynəlxalq humanitar təşkilatlarından olan “Samaritan`s Purse”nin Proqramlar və Hökumətlə Əlaqələr üzrə vitse-prezidenti Ken İsaaksın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Fövqəladə Hallar Nazirliyində olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün nümayəndə heyəti ilə görüşən Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə qonaqları səmimi salamladıqdan sonra nazirliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Nazir müavini, həmçinin Azərbaycanın tarixi torpağı olan erməni vandallarının işğal etdikləri Qarabağda və ona bitişik rayonlarda dini abidələrimizə qarşı törətdikləri vəhşiliklərdən danışıb, tarixi və mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə dağıtdıqlarını bildirib. Azərbaycanın hər zaman tolerant ölkə olduğunu xatırladan nazir müavini ölkəmizdə məscid, kilsə və sinaqoqlara xüsusi diqqət göstərildiyini vurğulayıb.

Son vaxtlar dünyada geniş yayılmış yeni növ koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında görülən mühüm işlərdən danışan nazir müavini Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının fəaliyyətindən ətraflı söz açıb. Faiq Tağı-zadə Azərbaycan Prezidentinin tapşırığına əsasən, yaradılan bu hospitalın ən müasir standartlara cavab verdiyini, koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şəraitin yaradıldığını, müasir avadanlıqlarla təchiz edildiyini bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən “Samaritan`s Purse”nin Proqramlar və Hökumətlə Əlaqələr üzrə vitse-prezidenti Ken İsaaks Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib. Səfərin əsas məqsədinin münaqişədən zərər çəkmiş vətəndaşlara yardım etmək və COVİD-19-la mübarizə sahəsində ölkəmizə dəstək göstərməkdən ibarət olduğunu vurğulayan qonaq bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR