FHN-də Gənclər Günü münasibətilə Vətən müharibəsində fərqlənmiş əməkdaşlarla görüş keçirilib

FHN-də Gənclər Günü münasibətilə Vətən müharibəsində fərqlənmiş əməkdaşlarla görüş keçirilib
# 01 fevral 2021 17:58 (UTC +04:00)

Fevralın 1-də Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nazirliyin Xətai rayonunda yerləşən inzibati binasında “2 fevral – Azərbaycan Gənclər Günü” münasibətilə Vətən müharibəsi zamanı xidmətdə fərqlənmiş əməkdaşlarla görüş keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi iradəsi və Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində qazanılmış Zəfər münasibətilə görüş iştirakçılarını təbrik edib. Toplantıda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik şükutla yad edilib.

Mehman İsmayılov Azərbaycan tarixinə qısa ekskurs edərək erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktlarından, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, törətdikləri vəhşiliklərdən söz açıb. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm qətiyyəti, sarsılmaz iradəsi və Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində ötən ilin sentyabrın 27-də başlalan əks-hücum həmləsi ilə 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad olunub. Bu şanlı qələbə ilə Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzlik mifi" darmadağın edildi, milli ordumuzun gücü və potensialı bütün dünyaya göstərildi və torpaqlarımız işğaldan azad edildi.

Mehman İsmayılov Vətən Müharibəsi dövründə düşmən tərəfindən mülki obyektlərə raket-artileriya zərbələri endirilməsi nəticəsində ortaya çıxan yanğın və dağıntıların aradan qaldırılmasında, həmçinin qarşıya qoyulmuş müvafiq tapşırıqların icrasında FHN əməkdaşlarının xüsusi fədəkarlıqlarından da söz açıb, Vətən Müharibəsi dövründə könüllü olaraq və ya səfərbərlik vasitəsilə döyüşlərdə iştirakından danışıb. Həmkarlar İttifaqının sədri hazırda FHN əməkdaşlarının işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərində yaxında iştirak etdiklərini də xatırladıb.

Sonra Nazirliyin Vətən müharibəsində könüllü və səfərbərliklə iştirak etmiş, həmçinin xidmətdə fərqlənmiş əməkdaşlarının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən mükafatlandırma mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR