FHN-in Modul Tipli Hospitalının həkimləri ABŞ-dan olan həmkarları ilə “COVID-19” xəstələrinin müalicə üsulunu müzakirə ediblər

 FHN-in Modul Tipli Hospitalının həkimləri ABŞ-dan olan həmkarları ilə “COVID-19” xəstələrinin müalicə üsulunu müzakirə ediblər
  • Clock-gray 16:00
  • calendar-gray 19 Noyabr 2020

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının həkimləri ilə ABŞ-ın Yuta Ştatının Tibb Universitetinin tanınmış dosenti Dr. Mir-Mustafa Mir-Kasimov arasında videobağlantı formatında seminar – təcrübə mübadiləsi təşkil edilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya varilən məlumata görə, müzakirə edilən mövzular ağır və çox ağır “COVID-19” xəstələri, onların reanimasiya şəraitində menecmenti, ən son müalicə protokolları, habelə intubasiya və ağciyərlərin fəaliyyətinin dəstəklənməsi üçün istifadə edilən süni tənəffüs cihazlarının tətbiqi və “SARS-CoV-2” virusunun törətdiyi fəsadların menecmenti ilə bağlı digər məsələlər olub.

Seminar çərçivəsində amerikalı mütəxəssis azərbaycanlı həmkarları ilə ABŞ təcrübəsini paylaşıb, hazırda tətbiq edlən ən son təlimat və protokollar müzakirə edilib.

Qeyd edək ki, Modul Tipli Hospitalla müxtəlif ölkələrin “COVID-19” ilə mübarizə aparan tanınmış tibb ocaqları arasında bu cür videobağlantıların mütəmadi təşkil edilməsi planlaşdırılır. Belə ki, növbəti həftələrdə ABŞ, Türkiyə və İsrailin reanimatoloqları ilə seminar-müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, son bir neçə ay ərzində FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalında çalışan həkimlərin, orta və kiçik tibb personalının fəaliyyətinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi məqsədilə çoxsaylı təlim və seminarlar təşkil edilib.

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

 

Sail Ağasəlim

Digər xəbərlər