FHN işçilərinin Həmkarlar İttifaqı “YAŞAT” Fonduna 50 min manat köçürüb

 FHN işçilərinin Həmkarlar İttifaqı “YAŞAT” Fonduna 50 min manat köçürüb
# 09 dekabr 2020 13:41 (UTC +04:00)

Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını fəda vermiş qəhrəmanlara və onların ailələrinə diqqət və qayğının göstərilməsini hər zaman öz fəaliyyətinin başlıca istiqamətlərindən birinə çevirmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı 2020-ci il 9 dekabr tarixində “YAŞAT” Fonduna ittifaqın büdcəsindən 50 000 manat pul vəsaiti köçürüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Fürsətdən istifadə edərək, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti və Ordumuzun qəhrəmanlıq əzmi sayəsində düşmən tapdağından azad olunması, 30 ilə yaxın doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın yurdlarına dönəcəkləri münasibətilə başda Prezident İlham Əliyev olmaqla bu tarixi Qələbənin qazanılmasında xüsusi payı olan Silahlı Qüvvələrimizi və Vətən müharibəsində milli həmrəylik nümayiş etdirmiş xalqımızı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı adından təbrik edirik", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il 8 dekabr tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun- “YAŞAT” Fondunun təsis olunması ilə bağlı Fərman imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR