FHN əməkdaşları COVID-19 əleyhinə peyvənd olunur - FOTO

FHN əməkdaşları COVID-19 əleyhinə peyvənd olunur - FOTO
# 03 mart 2021 09:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi əməkdaşları COVID-19 əleyhinə peyvənd olunur.

APA xəbər verir ki, fevralın 25-də başlayan vaksinasiya nəticəsində artıq 300 nəfərdən artıq şəxs peyvənd olunub.

Fövqəladə Hallar Nazirliyinin tibb mərkəzinin rəis müavini Vəfa Dadaşova deyib ki, vaksinasiya prosesi başlayandan peyvənd edilmiş hər hansı əməkdaşın səhhətində dəyişiklik müşahidə olunmayıb: “Vaksinasiya prosesi könüllü şəkildə həyata keçirilir. Ən müasir tibbi avadanlıqlarla təmin edilən mərkəzdə peyvəndləmə əvvəlcədən müəyyən edilmiş qrafiklə, növbəli şəkildə aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR