FHN-nin Regional Mərkəzində Xocalı soyqırımı qurbanları anılıb

FHN-nin Regional Mərkəzində Xocalı soyqırımı qurbanları anılıb
# 26 fevral 2020 15:10 (UTC +04:00)

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinini (FHN) Bakı Regional Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı toplantı keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, Mərkəzin şəxsi heyəti ilk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra məruzəçilər bildiriblər ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində soyqırım törədib, nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilibş, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Toplantı zamanı, həmçinin Xocalı soyqırımının 20-ci əsrin ən böyük faciələrindən biri olduğu və amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz saldığı qeyd edilib, vurğulanıb ki, Xocalı soyqırımının tanınması istiqamətində aparılan işlərin nəticəsi olaraq, artıq bir çox dövlətlərdə Xocalı faciəsinə rəsmi münasibət bildirilib və bu faciə “Soyqırım” kimi tanınıb.

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR