FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir - VİDEO

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir - VİDEO
  • Clock-gray 15:43
  • calendar-gray 07 Aprel 2020

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə,  Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir. 

Qeyd edək ki, hazırda dezinfeksiya işləri davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date