FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir - VİDEO

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir - VİDEO
# 03 iyul 2020 11:23 (UTC +04:00)

Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, FHN koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.

Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR