
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin hansı prinsiplər əsasında həyata keçiriləcəyi müəyyənləşib
-
15:06
-
27 Noyabr 2020
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirlərin hansı prinsiplər rəhbər tutulmaqla həyata keçiriləcəyi məlum olub.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirlər aşağıdakı prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:
- uşaqların maraqlarının qorunması;
- təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman sahələrində bütün uşaqlar üçün bərabər imkanlar yaradılması;
- dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını müdafiə etmək üçün müasir tələblərə uyğun dəstək xidmətlərinin təmin edilməsi;
- uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi;
- uşaq hüquqları ilə bağlı problemlərin həllində uşaqların söz azadlığının və iştirakçılığının təmin edilməsi.