Fazil Talıbov: 190 manatlıq ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq

Fazil Talıbov: 190 manatlıq ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq
# 23 iyun 2020 15:29 (UTC +04:00)

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox verilən suallara aydınlıq gətirilib.

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

F.Talıbov, eyni zamanda, qeyd edib ki, ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR