Fevralda fərdi uçot sistemində sığortaedənlərin sayı 0,4% artıb

Fevralda fərdi uçot sistemində sığortaedənlərin sayı 0,4% artıb
# 17 mart 2021 09:56 (UTC +04:00)

2021-ci ilin fevral ayında fərdi uçot sistemində sığortaedənlərin sayı 6 115 vahid və ya 0,4 faiz artaraq 1,64 milyon vahid təşkil edib.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

O qeyd edib ki, sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 542 vahid, fiziki şəxslər üzrə 4 944 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 629 vahid artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR