“Fəhlə əlləri” parkı yenidən qurulub

“Fəhlə əlləri” parkı yenidən qurulub
# 30 dekabr 2020 11:11 (UTC +04:00)

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsində yerləşən “Fəhlə əlləri” parkında yenidənqurma işləri həyata keçirilib.

APA xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda abadlıq və quruculuq işləri davam edir.

Son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə olunması ilə müşayiət edilir. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların isə yenidən qurulması diqqətdən kənarda qalmır.

Bu sahədə həyata keçirilən işlər çərçivəsində dekabrın 30-da Səbail rayonu, 20-ci yaşayış sahəsi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.

1978-ci ildə neftçilərin və bütövlükdə Bakı əhalisinin istifadəsinə verilən park ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb.

Parkda Azərbaycan neftçilərinin şərəfinə ucaldılan möhtəşəm abidənin müəllifləri Sirus Mirzəzadə, Rəşid Heydərzadə, Arif Ələsgərov və Elxan Tahirovdur.

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən “Fəhlə əlləri” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılmış, layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılmış, landşaft dizaynı yenilənmiş və 2800 kv.metr ərazidə geniş abadlıq işləri həyata keçirilib. Burada 10 metr hündürlüyündə “Fəhlə əlləri” abidəsi rəssamlar tərəfindən yenilənərək bərpa olunub.

Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılıb. Əhalinin istirahəti üçün 1 ədəd ümumi sahəsi 115 kv.metr olan söhbətgah quraşdırılıb və yeni oturacaqlar qoyulmuş, uşaq meydançaları salınmış və burada uşaq əyləncə və idman qurğuları quraşdırılıb. Parkda 1250 kv.metr ərazidə yaşıllıqlar salınıb, o cümlədən 145 ədəd müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilmiş və müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Səbail rayon İcra Hakimiyyəti başçısınım müavini Vüqar Şəmmədov jurnalistlərə açıqlamasında parkın tarixindən danışıb.

O bildirib ki, Səbail rayonunda abadlıq və quruculuq işləri davam edir:

"Fəhlə əlləri” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.

1978-ci ildə neftçilərin və bütövlükdə Bakı əhalisinin istifadəsinə verilən park ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb".

İcra başçısının müavini sonda sakinlərə müraciət edərək sosial izolasiya qaydalarına riayət etməyə çağırıb: "Sakinlərimiz tibbi maskadan istifadə edərək, ara məsəfalərini qoruyaraq parkda istirahətlərini edə bilərlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR