Filarmoniyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub

Filarmoniyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub
# 11 dekabr 2019 11:36 (UTC +04:00)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub.

Səbail Rayon İcra hakimiyyətindən APA-ya verilən xəbərə görə, tədbirdə Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoyub.

Sonra İohan Sebastyan Baxın “Ariya”, Tomazo Albinoninin “Adagio”, Eduard Napravnikin “Melanxoliya”, İrji Bendanın “Grave”, Fikrət Əmirovun “Andante sostenuto”, Con Villiyamsın “Şindlerin siyahısı”, Qabriel Farenin “Pavana”, Jül Massnenin “Meditation”, Volfqanq Amadey Motsartın “Andante” və “Fuqa” əsərləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR