Fiziki məhdudiyyətli şəxslərin işlə təmin olunması üçün onlayn platforma yaradılıb

Fiziki məhdudiyyətli şəxslərin işlə təmin olunması üçün onlayn platforma yaradılıb
  • Clock-gray 13:43
  • calendar-gray 01 Aprel 2021

Azərbaycanda fiziki məhdudiyyətli şəxslərin işlə təmin olunması məqsədilə elektron platforma yaradılıb.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya səfirliyinin “Twitter” hesabında bildirilib.

“Fiziki məhdudiyyət insanların peşə seçimləri və işlə təmin olunmalarında əngəl olmalı deyil. Daha inkluziv cəmiyyət quruculuğunu daim təşviq edən Britaniya səfirliyi qürur hissi ilə ərsəyə gətirdiyi https://pwd.az platformasını təqdim edir”, - deyə qeyd olunub.

Britaniya səfirliyi tərəfindən maliyyələşdirilən onlayn platforma “British Council”in Azərbaycanda həyata keçirdiyi, BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən dəstəklənən 2018-2020-ci illərdəki “Əlillərin İşəgötürmə Bacarıqlarının Artırılması” layihəsinin davamıdır.    

Zümrüd Paşkin

Digər xəbərlər