Fuad Nurullayev: “Təkcə Azərbaycanda deyil, başqa müsəlman ölkələrində də dini ayinlər təxirə salınıb”

Fuad Nurullayev: “Təkcə Azərbaycanda deyil, başqa müsəlman ölkələrində də dini ayinlər təxirə salınıb”
# 15 avqust 2020 13:47 (UTC +04:00)

“Pandemiya ilə mübarizə təkcə Azərbaycanda deyil, dünyada qlobal problemdir. Ona görə biz də bunu nəzərə alaraq düşünürük ki, insanlarımız üçün ölümlə qarşılaşmaq təhlükəsi var, bu baxımdan da ehtiyat addımları atmışıq. Hələ ki, karantin davam edir və məscidlərdə də kütləvi yığışmaq müvəqqəti olaraq təxirə salınıb”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, təkcə məscidlər deyil, toy, yas, əyləncə mərasimləri, insanların kütləvi yığışdıqları bütün digər mərasimlər təxirə salınıb: “Buna görə biz də düşüncəli davranmalı və Quranın dediyi “Öz əlinizlə özünüzü təklükəyə atmayın”çağırışını xatırlamalıyıq. Peyğəmbərimiz buyurur ki, əgər bir yerdə təhlükə varsa və sən ordasansa, oranı tərk eləmə, ətrafa yayarsan və yaxud bir yerə gedirsən, orda xəstəlik, fəsad qorxusu varsa, ora girmə, dayan, sən də orda məhv olarsan. Biz də gərək Quranın buyruqlarına, peyğəmbərin dediklərinə əməl edək”.

Fuad Nurullayev qeyd edib ki, Məhərəmlik mərasimində insanların gəlişini nizamlamaq qeyri-mümkündür: “Minlərlə insan axışacaq və virusa yoluxma daha da təhlükəli hala gətirib çıxacaq. Dövlətimiz yoluxmanın azalmasına çalışır. Görürsünüz, son zamanlar yoluxma halları azalıb, bununla belə, təhlükə qaçılmazdır. Dünya hələ də bu virusun yayılmasından ehtiyat edir. Ona görə də biz səbr və təmkinlə Operativ Qərargahın tövsiyə və qadağalarını qəbul etməli, dəstəkləməliyik”.

Onun sözlərinə görə, Məhərrəmlik mərasimlərinin məscidlərdə keçirilməsi mütləq deyil: “İbadət və ayinlərimizi evimizdə də keçirə, dualarımızı edə bilərik. Allah hər yerdə eşidəndir, görəndir və biləndir. Təkcə Azərbaycanda deyil, İraqda, Kərbəlada, dünyanın başqa müsəlman ölkələrində də ayinlər təxirə salınıb, kütləvi yığışma qadağaları qoyulub. Bizdə də mərasim ayında təbii ki, məscidlərə, ocaqlara, ziyarətgahlara insanların kütləvi gedişi təxirə salınıb. Bunları gözləmək lazımdır. Biz ümidvarıq ki, qaşrıdakı ili məscidlərdə həm camaat, həm də bayram namazlarımızı qıla biləcəyik, eyni ilə də Məhrəmmilk və başqa mərasimlərimizi salamatlıqla keçirəcəyik. İnşallah, xəta-bala bizdən uzaqlaşar, hər şey qaydasına düşər. Səbrli olmaq, deyilən qərarlara əməl etmək və tövsiyələrə riayət etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR