Füzulidə xidmət edən hərbi qulluqçulara qida məhsulları, gündəlik tələbat malları və gigiyena vasitələri çatdırılıb - FOTO

Füzulidə xidmət edən hərbi qulluqçulara qida məhsulları, gündəlik tələbat malları və gigiyena vasitələri çatdırılıb - FOTO
# 25 dekabr 2020 17:19 (UTC +04:00)

Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçulara dəstək aksiyası çərçivəsində bu gün Füzuli rayonu ərazisində xidmətini davam etdirən hərbçilərə qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyena vasitələri çatdırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşə aksiya çərçivəsində əsgər və zabitlərə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar verilib.

“Bravo”nun bağlamaları hərbçilərə təqdim edən əməkdaşları onların ehtiyaclarını və istəklərini də öyrənib, müvafiq qeydlər aparıblar.

Əsgər və zabitlər ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən aksiyaya, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR