Gədəbəyə 20 sm qar yağıb

Gədəbəyə 20 sm qar yağıb
# 22 mart 2021 10:02 (UTC +04:00)

Bu gün səhər saatlarından Gədəbəyə qar yağmağa başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü rayon mərkəzində 5-10, dağ kəndlərində isə 15-20 sm təşkil edir.

Qarın yağması nəticəsində qazın, elektrik enerjisinin, suyun verilişində fasilə yaranmayıb. Dağ kəndlərinə gedən yollarda avtomobilərin hərəkətində çətinliklər qeydə alınmayıb.

Hazırda rayona qarın yağması davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR