Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb

Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb
# 31 mart 2020 18:09 (UTC +04:00)

Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb. APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə"də (2019-cu il üzrə) əksini tapıb.

Məruzədə qeyd edilib ki, Gədəbəy bələdiyyəsinin sabiq sədri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi, ikili protokollaşdırma aparılmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması və təmir-tikinti işlərinin görülməsi Adı altında 35 min 567 matın büdcədən silinməsi faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 308.2 və 311.3-cü maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR