Gədəbəyə qar yağıb - FOTO - YENİLƏNİB

Gədəbəyə qar yağıb - FOTO - YENİLƏNİB
# 21 iyun 2020 19:45 (UTC +04:00)

Bu gün Gədəbəy rayonuna qar yağdıqdan sonra dolu düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, əvvəlcə qar, daha sonra güclü yağış yağdıqdan sonra isə dolu yağıb. Dolu Arıxdam, Söyüdlü və ətraf kəndlərə, eləcə də rayon mərkəzinə yağıb.

Məlumata görə, dolu kənd təsərrüfatına ziyan vurub.

***

Saat 18:22

Qərb bölgəsində qeyri-sabit hava şəraiti qarın yağması ilə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə bir neçə dəqiqə bundan əvvəl Gədəbəyə rayonunun mərkəzinə və ətraf kəndlərinə qar yağıb.

Hazırda qarın yağması dayansa da qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR