Gələn il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait açıqlanıb

Gələn il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait açıqlanıb
# 21 dekabr 2020 13:22 (UTC +04:00)

Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin Komitə aparatının saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə cəm olaraq 1,5 milyon manat vəsait nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, həmin vəsait hesabına komitənin tabeliyində olan və 11 rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən qadınlara və uşaqlara yönəldilmiş psixoloji dəstəyin verilməsi, hüquqi məlumatlandırma və zəruri hallarda məsləhətlərin, sosial-psixoloji reabilitasiyanın təşkil edilməsi, fərdi, qrup və ailə terapiyasının həyata keçirilməsi, loqoped xidmətlərinin göstərilməsi, məişət zorakılığı hallarının qarşısının alınması, ailələrin psixo-sosial vəziyyətinin qiymətləndirilməsi, valideyn və uşaq bacarıqlarının inkişaf etdirilməsi, fərdi və qrup inkişafetdirici məşğələlərin, uşaqların asudə vaxtlarının təşkili və digər istiqamətlər üzrə tədbirlərin maliyyə təminatı öz həllini tapmış və həmin xidmətlərdən 6800 nəfərə yaxın aztəminatlı və həssas təbəqədən olan şəxslərin istifadəsi təmin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR