Gələn il Sumqayıt və Gəncədə DOST mərkəzləri açılacaq

Gələn il Sumqayıt və Gəncədə DOST mərkəzləri açılacaq
  • Clock-gray 13:37
  • calendar-gray 19 Mart 2021

Sumqayıtda və Gəncədə DOST mərkəzinin açılışı ilə bağlı layihələndirmə işlərinə start verilib.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki “Sosial saat”da Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, yaxın bir-iki il ərzində həm Sumqayıt, həm Gəncədə DOST mərkəzlərinin açılışı planlaşdırılır: "Eyni zamanda, Sabirabad, Quba, Bərdə və Masallı rayonlarında DOST mərkəzlərinin təşkili ilə bağlı işlərə start vermişik. Birinci konsepsiyada ölkə üzrə 31 DOST mərkəzinin açılışını planlaşdırmışdıq. Amma karantin dövrünü qiymətləndirdik və konsepsiyamıza dəyişikliklər etdik. Eyni zamanda, vətəndaşların çoxsaylı müraciətləri də nəzərə alınıb. Yeni plana əsasən, 16 DOST mərkəzi və 46 DOST filialı aşmaq niyyətindəyik. Bu yanaşma ilə yaxın 5 il ərzində bütün ölkəni DOST mərkəzləri və DOST xidmətləri ilə əhatə edəcəyik. Artıq bu istiqamətdə aktiv işlər görülür”. 

F.Məmmədov qeyd edib ki, yaxın zamanlarda bir çox xidmətlər elektronlaşdırılacaq: “Nazirlik üzrə də bir çox proqramlar artıq həm proaktivləşdirilir, həm elektronlaşır. Eyni zamanda, hazırda virtual DOST proqramı üzərində iş aparırıq. Bütün xidmətlərimizin virtuallaşması istiqamətində işlər gedir”.

 

Günay Elşadqızı

Digər xəbərlər