Gələn il səhiyyə sahəsində dövlət proqramları və həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsinə 198,5 milyon manat ayrılacaq - CƏDVƏL

Gələn il səhiyyə sahəsində dövlət proqramları və həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsinə 198,5 milyon manat ayrılacaq - CƏDVƏL
# 21 dekabr 2020 13:25 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində səhiyyə sahəsində dövlət proqramlarının və həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün 198,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Həmin vəsaitin xəstələrə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, xəstələrin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılmasına, kadr potensialının gücləndirilməsinə, xəstəliklərin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsinə yönəldilməsi nəzərdə tutulub.

Sıra

№-si

Dövlət proqramının və tədbirlərin adı

2021-ci

il üçün proqnoz

(milyon manatla)

Gözlənilən nəticə

1.1.

Şəkərli diabet üzrə tədbirlərin maliyyə təminatı

46,0

şəkərli diabet xəstələri üçün şəkərsalıcı dərman preparatları və müvafiq aparatlarla təmin edilməsi

1.2.

Azərbaycan Respublikasında onkoloji xəstəliklər üzrə tədbirlərin maliyyə təminatı

44,3

ölkədə onkoloji xəstəliyə düçar olmuş şəxslərin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılması məqsədilə onların dispanserizasiyası aparılmaqla düçar olmuş

şəxslərin registrinin yaradılması, onkoloji xəstəliyə düçar olmuş şəxslərin dərman

preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi

1.3.

Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərin maliyyə təminatı

37,0

hemodializ xəstələrinin müalicəsi, hemodializ aparatının alınması və quraşdırılması, dövlət hesabına böyrəkköçürmə əməliyyatlarının aparılması

1.4.

Talassemiya ilə mübarizə tədbirlərinin maliyyə təminatı

21,6

qeydiyyatda olan talassemiya xəstələrinə trombositlərin və eritrosit kütləsinin köçürülməsi, sümük iliyinin transplantasiyası əməliyyatlarının həyata keçirilməsi

1.5.

Hemofiliya xəstəliyi ilə mübarizə tədbirlərinin maliyyə təminatı

12,2

hemofiliyalı uşaqda erkən əlilliyin qarşısının alınması məqsədilə birincili profilaktika, habelə hemofiliyalı xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ağırlaşma hallarında ikincili profilaktika tədbirlərinin tətbiq edilməsi

1.6.

“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın maliyyə təminatı

6,6

morfoloji, immunofenotipik, sitokimyəvi, sitogenetik, FISH və molekulyar-genetik diaqnostikası üçün lazım olan reaktivlər alınması, qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələr sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi

1.7.

Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin maliyyə təminatı

6,5

Profilaktik peyvənd təqviminə uyğun immunlaşdırma proqramının maliyyə stabilliyinin təmin edilməsi, profilaktik peyvəndlərlə əhatənin yüksək səviyyədə saxlanılması, qızılca və məxmərəyin eliminasiyası, poliomielitdən azad ərazi statusunun saxlanılması,

hepatit B infeksiyası üzərində nəzarətin gücləndirilməsi

1.8.

Azərbaycan Respublikasında İİV/QİÇS-lə mübarizə tədbirlərinin maliyyə təminatı

5,7

antiretrovirus dərman vasitələrinin alınması, seroloji müayinələrin aparılması, test- sistemlərin, reaktiv və reagentlərin, tibbi təyinatlı vasitələrin alınması

1.9.

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018- 2022-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı

4,5

uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi və uşaqların sağlam həyat tərzi sahəsində

maarifləndirilməsi

1.10.

“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın maliyyə

təminatı

3,5

laboratoriya avadanlıqlarının, zəruri dərman preparatlarının, diaqnostik reaktivlərin və vasitələrin alınması, müvafiq simptomatik müalicə üçün nəzərdə tutulmuş dərmanlarla təmin edilməsı

1.11.

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması tədbirlərinin maliyyə təminatı

3,0

dərman vasitələrinin və sərfiyyat materialların alınması respublikanın şəhər və rayonlarında olan perinatal mərkəzlərə göndərilməsi

1.12.

Vərəmlə mübarizə üzrə tədbirlərin maliyyə təminatı

2,1

illik peyvənd sifarişləri əsasında BCG vaksini alınaraq peyvənd təqviminə uyğun müvafiq tibb müəssisələrinə verilməsi

1.13.

Koxlear implantasiya əməliyyatları tədbirlərinin maliyyə təminatı

2,0

anadangəlmə və ya sonradan qazanılmış eşitmə qüsuru olan şəxslər üzərində koxlear implantasiya əməliyyatının aparılması

1.14.

Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirlərinin maliyyə təminatına

2,0

yeni doğulmuşlarda və uşaqlarda anadangəlmə ürək qüsurlarının erkən diaqnostikasının və müalicəsinin həyata keçirilməsi

1.15.

Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin maliyyə təminatına

1,4

qan xidməti müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin edilməsi, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən idarə və təşkilatlarda könüllü donorluq aksiyalarının keçirilməsi, təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qanın komponentləri ilə təminatı üçün ehtiyatlar

yaradılması və yenilənməsi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR