Gələn il üçün 29 publik hüquqi şəxsə ayrılacaq vəsait açıqlanıb

Gələn il üçün 29 publik hüquqi şəxsə ayrılacaq vəsait açıqlanıb
  • Clock-gray 13:42
  • calendar-gray 21 Dekabr 2020

Dövlətin adından yaradılan 29 publik hüquqi şəxsə 2021-ci ilin dövlət büdcəsinin bir sıra xərc bölmələri üzrə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlərə görə yeni maliyyələşmə mexanizminə müvafiq olaraq məqsədli vəsaitlərin ödənilməsi üçün 324,2 milyon manat vəsait proqnozlaşdırılıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərcləri üçün növbəti ilin dövlət büdcəsində 23,0 milyon manat vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının və səmərəliliyinin artırılması məqsədilə növbəti ildən həmin xərclər ayrı-ayrı xərc bölmələrindən azaldılaraq aidiyyəti xərc bölməsində icmallaşdırılıb.

Günay Elşadqızı

Digər xəbərlər