Gələn ilin dövlət büdcəsindən “ASAN xidmət”ə ayrılacaq vəsait müəyyənləşib

Gələn ilin dövlət büdcəsindən “ASAN xidmət”ə ayrılacaq vəsait müəyyənləşib
# 21 dekabr 2020 13:33 (UTC +04:00)

Gələn il üçün dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılacaq vəsait müəyyən olunub.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2021-ci ilin dövlət büdcəsində elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 10,0 milyon manat vəsait proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR