Gələn ilin təhsil xərcləri açıqlanıb

Gələn ilin təhsil xərcləri açıqlanıb
# 03 sentyabr 2020 11:07 (UTC +04:00)

Gələn il təhsil xərcləri üçün 3 milyard manatdan çox maliyyə vəsaiti nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, 2021-ci il və orta müddətli dövr üçün büdcə göstəricilərində əksini tapıb.

Qeyd edilib ki, büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və s.) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsilalanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 milyar 197 milyon manat maliyyə vəsaiti nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR