Gəncə, Lənkəran, Sumqayıt və Şirvanda onkoloji xəstəxanaların xərcləri Səhiyyə Nazirliyinin büdcəsi hesabına həyata keçiriləcək

Gəncə, Lənkəran, Sumqayıt və Şirvanda onkoloji xəstəxanaların xərcləri Səhiyyə Nazirliyinin büdcəsi hesabına həyata keçiriləcək
# 21 dekabr 2020 12:35 (UTC +04:00)

Gəncə, Lənkəran, Sumqayıt və Şirvan şəhərlərində yerləşən onkoloji xəstəxanaların xərclərinin ödənməsi Səhiyyə Nazirliyinin büdcəsi hesabına həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Növbəti ildə Gəncə, Lənkəran, Sumqayıt və Şirvan şəhərlərində yerləşən onkoloji xəstəxanalar həmin şəhərlərin yerli xərclərdən çıxarılaraq “Səhiyyə” bölməsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin büdcəsində proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR