Gəncə ŞİH-də vətəndaşlarla görüşlər davam edir

Gəncə ŞİH-də vətəndaşlarla görüşlər davam edir
# 17 fevral 2021 16:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla görüşlər davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər rəhbəri mütəmadi şəkildə onların problemləri ilə maraqlanır, şikayət və təkliflərini dinləyir.

Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının digər məsul şəxsləri ilə birlikdə, ölkədə tədbiq edilən xüsusi karantin qaydalarına riayət edilməklə, növbəti dəfə sakinlərlə görüşüb. Mürciətlər arasında əlillik dərəcəsinin təyini, müalicə üçün maddi köməkliyin göstərilməsi, işlə təminat, fərdi evin inşası üçün torpaq sahəsinin ayrılması kimi məsələlər üstünlük təşkil edib.

Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçısılarının işlə təminat və müalicə məsələləri dərhal həll olunub, ehtiyacı olanlara maddi köməklik göstərilib. Səsləndirilən digər müraciətlərin də bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll edilməsi üçün tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR