Gənc tədqiqatçıların təcrübə mübadiləsi üçün beynəlxalq tədbirlərdə iştirakına şərait yaradılacaq

Gənc tədqiqatçıların təcrübə mübadiləsi üçün beynəlxalq tədbirlərdə iştirakına şərait yaradılacaq
# 01 aprel 2020 17:58 (UTC +04:00)

Gənc tədqiqatçılara təcrübə mübadiləsi üçün beynəlxalq tədbirlərdə iştirak etmək üçün şərait yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda edilən dəyişiklikdə əksini tapıb.

Artıq Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Elmin İnkişafı Fondu gənc alimlərlə yanaşı, gənc tədqiqatçıların da təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlər keçirəcək.

Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Elmin İnkişafı Fondu tərəfindən gənc tədqiqatçıların ölkə üçün prioritet olan beynəlxalq olimpiada, konfrans, forum, simpozium, seminar və məşğələlərdə iştirakı dəstəklənəcək.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən yalnız gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulurdu. Eyni zamanda həmin qurumlar tərəfindən yalnız istedadlı şagird və tələbələrin, gənc alimlərin ölkə üçün prioritet olan beynəlxalq olimpiada, konfrans, forum, simpozium, seminar və məşğələlərdə iştirakı dəstəklənirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR